Cari ilin yanvar-fevral aylarında Azərbaycana gələn turistlərin 35,2 faizi hava nəqliyyatından istifadə edib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,9 faizi dəmir yolu və avtomobil, 35,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.