Axtarışda olan şəxs saxlanıldı

22 Mart 2019 17:26 (UTC+04:00)

Balakəndə axtarışda olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə axtarışda olan Balakən rayonunun Tülü kənd sakini 40 yaşlı Etibar Bayramov saxlanılaraq istintaqa təhvil verilib.