Bakıda yanğın

21 Mart 2019 15:31 (UTC+04:00)
Bakıda yanğın qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 50 m² olan 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;