Yeni Zelandiya terrorunun qurbanlarının kimliyi müəyyənləşib

21 Mart 2019 13:31 (UTC+04:00)
Yeni Zelandiyada martın 15-i baş verən terror aktlarında həlak olan 50 nəfərin hamısının kimliyi müəyyən edilib. SİA-nın məlumatına görə , bu barədə Yeni Zelandiya polisinin rəhbəri Mayk Buş bildirib. M.Buş bildirib: "Terror aktlarının bütün 50 qrubanının kimliyi müəyyən edilib və onların bütün yaxın qohumları məlumatlandırılıb". Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə insanlar atəşə tutulub. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.