264 minə yaxın şəkərli diabet xəstəsi dövlət hesabına dərmanla təmin edilir

21 Mart 2019 09:13 (UTC+04:00)
Hazırda Azərbaycanda 264 minə yaxın şəkərli diabet xəstəsi daim dövlət hesabına dərman və özününəzarət vasitəsilə təmin edilir. SİA xəbər verir ki, 2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı" çərçivəsində 1100-dən çox xəstənin dövlət hesabına preparatlarla təminatı həyata keçirilir. Bununla yanaşı, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəzdə 3600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin edilir. Bu mərkəzlərdən 34-ü bölgələrdə yerləşir.