Daha bir məşhur cütlük boşanır!

22 Mart 2019 20:03 (UTC+04:00)

Türkiyəli müğənni Sərdar Ortaç həyat yoldaşı Kloe Loughnanla boşanır. Bu iddia ilə TV 8-də yayımlanan “Gəl danışaq” proqramının aparıcısı Eylem İpek Şafak çıxış edib. O, canlı efirdə söyləyib ki, cütlük ayrılmaq barədə yekun qərara gəlib.

Artıq Sərdarın məhkəməyə müraciət etdiyi də bildirilir. Sərdar məhkəmə işini vəkil Ömər Duraka həvalə edib. O, hüquqşunasa “Artıq bu işi sonlandırmaq qərarına gəlmişəm. Evdə hüzurlu deyiləm” söyləyib.