“Ay camaat, gəlin yığışaq, gedin müharibəyə” Sənan Nəcəfov yazır

20 Mart 2019 17:54 (UTC+04:00)

Ya siyasi zırramasınız, ya miqrant biznesilə məşğulsunuz

"Demək bu mırrrZəli xaricdə oturub Bakıda mitinq elan etdi. Yəni təxminən belə, ay camaat gəlin, yığışaq, gedin müharibəyə. Bunlara dəfələrlə izah elədilər, qanmadı. Başa salmağa çalışdılar ki, ay uşaq, get tay-tuşlarınla oyna, bu sənlik deyil, qulaq asmadı". SİA xəbər verir ki, bu fikirləri qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov, dünən şəhərin mərkəzində bir neçə nəfərin uğursuzluqla nəticələnən və baş tutmayan icazəsiz aksiyasıyalarına facebook vasitəsi ilə şərh yazarkən bildirib.

Bu mənada, həmin məsələyə bir neçə aspektdən yanaşma edən Sənan Nəcəfova görə, baş tutmayan icazəsiz aksiyanın keçirilməsi üçün günlərdir ki, dilə-boğaza qoymayan Avropadakı "siyasi mühacirlər" yalnız siyasi savadsız deyillər, eyni zamanda, onlara sifarişlər verən anti-Azərbaycan xarakterli qüvvələrin nökərləridirlər. Daha dəqiq desək, istər Məhəmməd Mirzəli, istərsə də başqaları yalnız xəyanətkarlar deyil, həm də avam və savadsız müxalifətçilər kateqoriyasına aid olunanlardandırlar.

"Kim belə günlərdə manipulyasiya edirsə, demək satılıb, başqa mənbələrdən tapşırıq alır"

"Nə baş verdi" sualını önə çıxaran baş redaktor yazır ki, həmin qanunsuz aksiyanı lentə köçürməyə gələn 6 nəfər bloqer (özlərini jurnalist kimi təqdim edirlər) oradan uzaqlaşdırılaraq, yola salındılar. Cəmi 6 nəfər! Aydın məsələdir ki, elə aksiya iştirakçıları idilər, sadəcə jurnalistliyi qalxan kimi sipər ediblər.

İfşasını davam edən Sənan Nəcəfov digər nüanslara da toxunub. SİTAT: "İndi bəzi məsələlərə aydınlıq gətirək. Əvvəla, 19 mart ölkədə İlaxır çərşənbədir. İlaxır çərşənbənin isə xalqımız üçün nə qədər böyük dəyəri olduğunu, dərk edildiyini deməyə ehtiyac yoxdur. Amma kim ki, həmin gün ölkədə çaxnaşma yaratmağa çalışırsa, insanları min illərdən bəri xalqın genetik kodunda yazılmış, qanına hopmuş bayramda iştirak etməkdən çəkindirirsə, əvəzinə, həbsxana, izolyatorda qalmasını istəyirsə, kim belə günlərdə manipulyasiya edirsə, demək satılıb, başqa mənbələrdən tapşırıq alır. Yazının bu hissəsində xaricdə yaşayana, eks-konsul Nahid Cəfərovun fikirlərini yada salıram. Təkrar edirəm, bunu mən demirəm, bəh-bəhlə təriflədiyiniz Nahid Cəfərov deyir: "Birincisi, xaricdə, isti otaqda oturub təşkilatlanmamış xalqı küçələrə səsləmək siyasi savadsızlıq və məsuliyyətsizlikdir. Siyasət oyun oynamaq deyil. Burada milyonlarla insanın taleyinə təsir edən bilən qərarlardan söhbət gedir. Bu insanlar bu axşam facebooku bağlayıb gedəcəklər bayramı qeyd etməyə, amma bu insanlara görə artıq bir-neçə jurnalist həbs olunub." Bu belə".

"MırZəli dəliyə dönür... "Necə ola bilər axı, bu qədər paylaşım, çağırış, səs-küy, canlı yayımlarda user dəstəyi, gəlirik, dəsətyik şüarları zad, nəticə sıfır!!!"

Sənan Nəcəfov xatırladıb ki, həmin gün Prezident İlham Əliyev Bakının mərkəzində yerləşən Fəvvarələr Meydanında olub və xalqla görüşüb:

"Keçək, növbəti məsələyə. Dünən Cənab Prezident Fəvvarələr Meydanında olub və şəhər sakinləri ilə görüşüb, onlarla söhbət edib, yaxınlaşanlar selfi çəkdiriblər. Bir sözlə, ənənəvi bayramlaşma. Bu heyvərələr xaricdən oturub görün necə yozurlar? Demək, "made in mirzalı" səhifəsi canlı yayımda kamera və mikrofonları hazır vəziyyətə gətiriblər və gözləyirlər. Vaxt keçir, görürlər ki, bunları qulağına alan yoxdur. MırZəli dəliyə dönür. "Necə ola bilər axı, bu qədər paylaşım, çağırış, səs-küy, canlı yayımlarda user dəstəyi, gəlirik, dəsətyik şüarları zad, nəticə sıfır!!!" Qeyd edilən şəxs ikinci çağırış edir: ""B" planı işə salınır. Polis, daxili qoşunlar, Çevik Polis Alayı, Prezident Qvardiyası Fəvvarələr meydanını mühasirəyə alıb ki, mitinq keçirilməsin. Camaat, gedin İçərişəhərə". Mesajın niyə verilldyini anlamamış deyilsiniz. O gədənin bunları hansı məqsədlə etdiyinin bir neçə səbəbi var, onlara da toxunacağıq.
Hələliksə onu deyək ki, aksiyanın təşkilatçıları Novruz bayramı ilə əlaqədar Prezidentin şəhərdə gəintiyə çıxacağını bilmirdilərsə və ya ilaxır çərşənbədə belə tədbirin keçirləcəyini proqnoz etməyiblərsə, ya bunların ağıllarını yerində deyil, ya da elə biz dediyimizsi, proqram verilib və bu müti qullar onu şəksiz yerinə yetirməyə hazırdılar. Yəni, tarix seçərkən bunları nəzərə almalı olan uşaq-muşaq bunu bacarmırlarsa, rədd olsunlar cəhənnəmə, imkan versinlər, insanlarımız sakit, normal həyatlarını yaşasınlar. Yox, bunu bilirlərsə, demək böyük oyunda peşkadılar, proqrama uyğun addım atırlar, düşüncələri silinib və ya əvvəldən yox idi. Və "hakimiyyət bizdən qorxdu" sözünə qalxan kimi ehtiyacları var. Başqa nə desinlər? Düşüncə bu qədərdi.
Nahid Cəfərovdan daha bir sitat: "Hakimiyyət içi mən qarışıq heç bir fərddən və ya təşkilatdan qorxmur. Hakimiyyətin qorxduğu xalqın ayağa qalxması və proseslərin onların nəzarətindən çıxmasıdır""

"Sizin üçün o virtual resursları yaradan ağalarınız, virtual ustadlarınız, bu fişəngi əlinizə ona görə verib ki, heç nə alınmayanda əlinizdə açılsın"

Qhtxeber saytının baş redaktoru suyu bulandırmağa cəhdlər edən sapı özümüzdən olan baltalara xatırlatma edərək, onların bəlli qüvvələrin əlində oyuncaq olduqlarını bildirib və qeyd edib ki, bir gün elə həmin radikal və siyasi savadı olmayan insanlar qurbana çevriləcəklər: "Qeyd edəcəyimiz növbəti məsələ sosial şəbəkələrin uşaq-muşağın əlindəki fişəng kimi qorxulu olmasıdır. Dəfələrlə deyilib ki, təşkilatlanmanın və ideyanın olmadığını nəzərə alsaq, bir qrup insanın belə bir şəraitdə küçələrə çıxması, qanunsuz aksiyaya cəlb edilməsi, situasiyanı təşkilatçıların nəzarətindən çıxardacaq ki, bu da ağır nəticələrə gətirib çıxarda bilər. O səbəbdən də, müəyyən virtual resurslara sahib olan əcaib-qəraib məxluqlardan məsuliyyətli olmaq tələb olunur. Sizin üçün o virtual resursları yaradan ağalarınız, virtual ustadlarınız, bu fişəngi əlinizə ona görə verib ki, heç nə alınmayanda əlinizdə açılsın. Bax onda "zapalı çəkilmiş qumbara" nəinki bir əzanızı, nəinki heç nəyə dəyməyən bədəninizi məhv edəcək, eləcə də yaxınlarınıza, ətrafınıza xətər yetirəcək. Ağıllı olun, oyun oynamayın. Bu sizin üçün adi görünə bilər. Amma bu məsliyyətsizlik öz başınızda çatlayacaq, deyək bilin bunu da".

"Canlı yayım var, aksiyaya oxşar nəsə var, çağırış var, həbs var. Vəssallam. Ooop Avropadasan!"

"Bu xəstə təfəkkürlü yeniyetmələri bir yandan başa düşmək olar. Təsəvvür edirsiniz, xaricdən yayımlanan bütün videolarda azından 10 nəfər 19 mart qanunsuz aksiyasına dəvət edir, mütləq iştirak edəcəyini deyirdi. Təbii ki, bunun böyük əksəriyyəti mırZəlinin saxta profilləri, onun ətrafındakılar, ölkədə narahatlıq, çaxnaşma yaratmaqda maraqlı olan qüvvələr və Azərbaycan dilini ortabab bilən erməni xüsusi xidmət orqanlarının əməkdaşları idilər", yazan Sənan Nəcəfov sonda qeyd edib ki, bu siyasət peşkaları da öz yalanlarına inanmışdılar: "Elə bir eyforiyada idilər ki...sonunda nə baş verdiyini yuxarıda qeyd etdik.

Yekunda bir qənaətimi də yazım. Demək bu mirZəli və onunla bir fəsilədə olan məxluqlar xaricdə oturub yalnız video-bloggerlik etməklə qrant alırlar. Xaricdə olanların bir qrupu buradan xaricə vətəndaş aparıb, aldadıb, və ya aldadıb aparıb pul qazanmaqda maraqlıdırlar. Beləliklə mırZəli bu "biznesə" baş vurur. Öz virtual resursu vasitəsilə kütləyə müraciət edir və ona inananlara söz verir ki, onların Avropa yolu açıacaq, çətini həbs olununcadır. Canlı yayım var, aksiyaya oxşar nəsə var, çağırış var, həbs var. Vəssallam. Ooop Avropadasan! Təkrar edirəm, bu qənaətimdir və çox böyük ehtimal da proseslər bu cür idarə edilib".

"Cənab Prezidentin Novruzla bağlı müraicətini oxusunlar və 19 mart İlaxır çərşənəsində şəhər gəzintisini izləsinlər"

Baş redaktor anti-milli və anti-dövlətçi qüvvələrə sonda məsləhətini də verib və ölkə başçısının Novruz bayramı ilə bağlı müraciətində irəlin sürdüyü fikirlərini xatırladıb: "İndi isə məsləhətim, Cənab Prezidentin Novruzla bağlı müraicətini oxusunlar və 19 mart İlaxır çərşənəsində şəhər gəzintisini izləsinlər. Prezident deyir: İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, – artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, – təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir. Mən tam əminəm ki, bu ili biz uğurla başa vuracağıq. Bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq"