Azərbaycan məhsulları Çində nümayiş olunub

20 Mart 2019 16:29 (UTC+04:00)

Azərbaycan Çinin Siçuan vilayətinin İbin şəhərində keçirilmiş 3-cü beynəlxalq çay sərgi-konfransında təmsil olunub.

SİA-nın məlumatına görə, ölkəmizin Çindəki səfirliyinin dəstəyi ilə hazırlanan milli stenddə "Azərçay" brendi ilə istehsal olunan çaylar nümayiş edilib. Azərbaycan stendi tədbir iştirakçılarının, habelə konfransda iştirak edən vilayət rəsmilərinin böyük diqqətinə səbəb olub. Qonaqlara Azərbaycanda çay istehsalının tarixi, hazırda ölkəmizdə çayçılığın inkişafına dövlət dəstəyi və yaradılmış şərait barədə ətraflı məlumat verilib.

Tədbirdə yerli şirkətlərlə yanaşı, dünyanın 70-ə yaxın nüfuzlu çay istehsalçı firması iştirak edib.