ETSN hər kəsi milli parklara dəvət edir FOTO

20 Mart 2019 16:40 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətin gözoxşayan dəyişikliklərini müşahidə etmək, yazın ətrini duymaq, füsunkar gözəlliklərdən həzz almaq istəyənləri Novruz bayramı tətili günlərində Milli Parklarımıza səyahət etməyə dəvət edir.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, milli parklara səyahət etməklə flora və faunanı daha yaxından seyr etmək və təbiət obyektləri barədə ətraflı məlumat almaq mümkündür.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.