Şəkidə itkin düşən gənc Bakıda tapılıb

20 Mart 2019 03:07 (UTC+04:00)

Martın 15-də Şəki rayonunda itkin düşən gənc tapılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, 1997-ci il təvəllüdlü Fərman Abdulrəhimov Bakı şəhərində dostlarının yaşadığı evdə tapılıb.

Məlumata görə, o, ailəsinə xəbər vermədən Bakıya dostlarının yanına gedib. F.Abdulrəhimovun hansı səbəbdən evi tərk etdiyi bilinmir. Qeyd edək ki, F.Abdurəhimov martın 15-i səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmamışdı.