“Qardian” nəşri: Səudiyyə vəliəhdinin səlahiyyətləri əlindən alınıb

20 Mart 2019 01:03 (UTC+04:00)

Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın bir sıra səlahiyyətləri əlindən alınıb. Bu barədə “Qardian” nəşri yazıb. Nəşrin məlumatına görə, jurnalist Camal Qaşıqçının öldürülməsi hadisəsindən sonra kralla vəliəhd arasında münasibətlər gərgin xarakter alıb. Belə ki, getdikcə vəliəhdini bir sıra məsələlərdən kənarda qoyan kralın Nazirlər Kabinetinin son iclasında Məhəmməd bin Salmanın səlahiyyətlərini əlindən aldığı iddia edilib.

Səudiyyə Kralı Salman bin Əbdüləziz NK toplantısına vəliəhdi də çağırıb, lakin vəliəhd toplantıya qatılmayıb. Nəşr sözügedən qərarın hələlik rəsmi şəkildə açıqlanmadığını, ancaq ölkənin xaricdəki investisiyalarının Kral Salmanın ən etibarlı adamı sayılan Musaid əl Aybana həvalə ediləcəyini yazıb.