İtaliyada narkotikaya görə 12 nəfər həbs edilib

20 Mart 2019 00:15 (UTC+04:00)

İtaliyada keçirilən antidopinq əməliyyatlarında 12 nəfər həbs edilib. İtaliyanın “lasicilia.it” saytının yazdığına görə, Siciliyanın Enna bölgəsində polis qüvvələrinin ölkə üzrə keçirdiyi əməliyyatlarda anabolik steroidlərin, dopinq tərkibli vasitələrin və narkotiklərin satışında şübhəli bilinən 12 nəfəri həbs edib.

Əməliyyatlara təxminən 200 hərbi polis cəlb olunub.