ŞOK: BMV işçilərinə türk dilində danışmağı qadağan etdi!

19 Mart 2019 23:17 (UTC+04:00)

Almaniyanın nəhəng avtomobil istehsalçısı BMV-nin departamentlərindən biri işçilərin türk dilində danışmasını qadağan edib. Bu barədə “Bild” nəşri yazıb.

Departamentin işçiləri qadağaya sərt şəkildə etiraz edib. BMV-nin insan resursları departamenti isə bu məsələdə personalın tərəfini tutaraq hadisə ilə bağlı araşdırma başladıb.