Futbol tarixinin ən yaxşı 50 məşqçisinin adı açıqlandı

20 Mart 2019 00:38 (UTC+04:00)

"France Football" nəşri futbol tarixinin ən yaxşı 50 məşqçisinin adını açıqlayıb. Fransa mətbuatının yazdığına görə, siyahıya "Ayaks" və "Barselona"nın sabiq çalışdırıcısı Rinus Mixels başçılıq edir. İkinci sırada 1986-2013-cü illərdə "Mançester Yunayted"i çalışdırmış Aleks Fergüsson yer alıb. İlk üçlüyü "Milan"ın keçmiş baş məşqçisi Arriqo Sakki tamamlayır.
Hazırkı mütəxəssislərdən "Top-10"na yalnız "Mançester Siti"dən Xosep Qvardiola (5-ci yer) və "Napoli"dən Karlo Ançelotti (8-ci yer) daxil ola bilib. Əfsanəvi məşqçi Valeri Lobonovski isə 6-cı yerə layiq görülüb. Joze Mourinyo, Fabio Kapello, Yurgen Klopp, Zinəddin Zidan, Arsen Venger və Dieqo Simeone kimi çalışdırıcılar isə ilk 10-luqdan kənarda qalıblar.

Qeyd edək ki, reytinq cədvəlinin hazırlanmasında məşqçilərin klubları ilə qazandıqları uğurlar, onların irsi, şəxsi keyfiyyətləri və karyeralarının müddəti nəzərə alınıb.