Türkiyəli aktyor vəfat etdi

19 Mart 2019 15:51 (UTC+04:00)

Bir çox serial və filmlərdə rol alan aktyor Ümit Yesin 65 yaşında vəfat edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyorun ölüm xəbərini həmkarı Mustafa Avkıran yayıb: "İnsan bir ay içində iki ata itirərmi? İtirərmiş... Səni çox sevirdim, Ümit ata".

Qeyd edək ki, Ümit "Yeni Gelin", "Cennet mahallesi", "Çiçek Taksi" kimi seriallarda tamaşaçılara tanışdır.