Yaz fəsli Azərbaycana martın 21-i saat 01.58-də daxil olacaq

19 Mart 2019 15:37 (UTC+04:00)

2019-cu ildə yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01.58-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Bu barədə SİA-ya AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.