AFFA İK cərimə və cəzaları açıqlayıb

19 Mart 2019 13:42 (UTC+04:00)

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırır:

Topaz Premyer Liqasının XXI turunun “Sabah” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 29-cu dəqiqəsində “Sabah” klubunun 9 №-li futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XXI turunun “Zirə” – “Keşlə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

I Divizionun XIX turunun “Neftçi-2” – “Sumqayıt-2” matçında “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

I Divizionun XIX turunun “Qarabağ-2” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

I Divizionun XIX turunun “Zaqatala” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

I Divizionun XIX turunun “Qaradağ Lökbatan” – “Zirə” matçının 84-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 8 №-li futbolçusu Aqşin Muxtaroğlu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XIX turunun “Keşlə-2”–“Kəpəz” matçının ikinci hissəsi “Keşlə-2” klubunun səhlənkarlığı ucbatından 3 dəqiqə gec başladığı üçün klub 240 manat cərimə olunur (maddə 53.3).

I Divizionun XIX turunun MOİK – “Səbail-2” matçında MOİK komandasının xərək daşıyan uşaqlarının sayı əsanaməyə uyğun olmadığına görə, klub 80 manat cərimə olunur (maddə 67).