"Lester Siti" kapitanla müqaviləni uzadıb

19 Mart 2019 12:53 (UTC+04:00)

İngiltərə Premyer Liqa təmsilçisi "Lester Siti"də yeni müqavilə qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən vediyi məlumata görə, "tülkülər" komandanın kapitanı Ves Morqanla müqaviləni uzadıblar. 35 yaşlı müdafiəçi 2020-ci ilin iyununa qədər klubla müqavilə bağlayıb.

Qeyd edək ki, yamaykalı futbolçu 2012-ci ildən "Lester Siti"də çıxış edir.