Xüsusi internat məktəbdə Novruz Bayramı keçirilib

19 Mart 2019 12:23 (UTC+04:00)

Bu gün Xəzər rayonunun Şüvəlan qəsəbəsində fəaliyyət göstərən sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 saylı Respublika xüsusi internat məktəbində Novruz Bayramı münasibətilə Novruz şənliyi təşkil olunub. SİA-nın verdiyi məlumata görə, tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, məktəbin direktoru Vəfa Seyidova, uşaqlar və məktəb kollektivi iştirak edib.

Milli Məclisin deputatı Rauf Əliyev və YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov uşaqları Novruz Bayramı münasibətilə təbrik ediblər.

Tədbir zamanı uşaqlara müxtəlf idman ləvazimatları hədiyyə edilib.