Türkiyə millisi Mehmet Topalın xidmətindən məhrum olub

19 Mart 2019 12:15 (UTC+04:00)

Futbol üzrə AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya və Moldova yığmaları qarşılaşacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Türkiyə millisi itki ilə üzləşib. "Ay-ulduzlar" “Fənərbaxça”nın futbolçusu Mehmet Topalın xidmətindən məhrum olublar. Super Liqanın 26-cı turunda "Sivasspor"la oyunda zədələnən futbolçunun durumu ciddidir. Bu səbədən də 33 yaşlı yarımmüdafiəçi yığmadan kənarlaşdırılıb.

Qeyd edək ki, Türkiyə millisi martın 22-də səfərdə Albaniya yığmasının qonağı olacaq. Şenol Günəşin rəhbərlik etdiyi komanda 3 gün sonra evdə Moldova yığması ilə qarşılaşacaq.