Əbülfəs Qarayev Fəxri diploma layiq görülüb

19 Mart 2019 11:21 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, martın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaranmasının 10 illik yubileyi qeyd edilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digərləri media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüblər.

Nazir Əbülfəs Qarayev bu gün ölkəmizdə medianın uğurla inkişaf etdiyini bildirib. O qeyd edib ki, bu gün Azərbaycan mediası ölkəmizin əldə etdiyi uğurları beynəlxalq aləmə çatdırmaq kimi şərəfli vəzifəni layiqincə yerinə yetirir.