Çində torpaq sürüşməsi: 15 ölü

19 Mart 2019 09:44 (UTC+04:00)

Çində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan öncə 10 nəfərin öldüyü bildirilirdi.

Son məlumata görə, hadisədən 13 nəfər xilas edilib. Lakin hələ də 5 nəfərin itkin düşdüyü bildirilir.