Deputatımız Strasburqa gedir

19 Mart 2019 09:28 (UTC+04:00)

Milli Məclisin deputatı Hikmət Məmmədov Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 82-ci plenar iclasında iştirak etmək üçün bu gün Fransanın Strasburq şəhərinə səfər edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, toplantıda bir sıra məsələlərlə bağlı dinləmələrin keçirilməsi və müvafiq hesabatın qəbul edilməsi nəzərdə tutulur.

Millət vəkili tədbirdə müzakirəyə çıxarılacaq məsələlər barədə qeyd və təkliflərini bildirəcək.

Səfər martın 21-də başa çatacaq.