Mehmet Topal Türkiyə millisindən kənarlaşdırıldı

19 Mart 2019 04:19 (UTC+04:00)

Futbol üzrə Türkiyə millisinin heyətində dəyişiklik edilib.Türkiyə Futbol Federasiyasının saytında yer alan məlumatda deyilir ki, "Fənərbaxça"nın futbolçusu Mehmet Topal zədə səbəbindən yığmanın heyətindən çıxarılıb. Qeyd edək ki, Türkiyə Avro-2020-nin seçmə mərhələsində martın 22-də səfərdə Albaniya, martın 25-də isə evdə Moldova yığması ilə qarşılaşacaq.