"Gənc meteoroloqlara ehtiyac var"

18 Mart 2019 16:58 (UTC+04:00)

Azərbaycanda meteorologiya sahəsində təhsil alan gənc mütəxəssislərə ehtiyac var. SİA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, bu gün hidrometeoroloji xidmətdə müasir texnologiyaların tətbiqi istiqamətində işlər aparılır:

"Lakin meteorologiya sahəsində gənc mütəxəssislərə ehtiyac var. Ona görə də gəncləri bu sahəyə maraq göstərməyə çağırırıq və onları bizim hidrometeoroloqlar arasında görmək istərdik".