İri asteroid Yerə yaxınlaşır XƏBƏRDARLIQ

18 Mart 2019 10:45 (UTC+04:00)

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) iri asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq edib. SİA NASA-nın rəsmi saytına istinadla xəbər verir ki, EA2 asteroidi Yer kürəsinin yaxınlığından 305 kilometr məsafədən keçəcək. Bu, planetimizdən Aya qədər olan məsafədən 80 min kilometr azdır.

NASA-nın məlumatında diqqətə çatdırılır ki, göy cisminin Yer kürəsinə ən yaxın məsafədən uçması martın 22-də baş verəcək. Onun sürəti saniyədə 5 kilometrə yaxın, diametri isə 18-dən 40 metrə qədərdir.

Agentliyin mütəxəssisləri ötən ilin sentyabrında 70-160 metr radiusu olan asteroidin Yer kürəsinə yaxınlaşdığını bildirişimdilər. Həmin göy cismi planetimizdən 5,87 milyon kilometr məsafədən keçmişdi.