Bir nəfər bağlı qapı arxasında qalıb

17 Mart 2019 10:00 (UTC+04:00)
Abşeronda bir nəfər bağlı qapı arxasında qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Abşeron rayonunun Məmmədli kəndində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.