DİN, DTX və DSX Cəlilabadda əməliyyat keçirib

16 Mart 2019 13:49 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Uzuntəpə kənd sakini Ə.Baxşiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil şəhər ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-a bildiriblər ki, nəqliyyat vasitəsinin salonundan 1 kiloqram heroin aşkarlanaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə 7 kiloqram 375 qram heroin, 5 kiloqram 135 qram tiryək, 815 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.