Məsut Özil Türkiyə prezidentini toyuna dəvət edib

16 Mart 2019 10:52 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Arsenal"ın futbolçusu Məsut Özil və nişanlısı, Türkiyə gözəli Əminə Gülşəni qəbul edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dövlət başçısı Atatürk hava limanında qəbul etdiyi cütlüklə bir müddət söhbət edib.

Qəbul vaxtı Yeni Zelandiyadakı terror hücumu və Türkiyənin gündəmi müzakirə edilib. Özil terror hücumunu qınayıb.

Söhbətdən sonra Məsut və Gülşən Türkiyə prezidentini toylarına dəvət ediblər və ona dəvətnamə veriblər.