Çində yaşayış binaları çökdü

16 Mart 2019 09:42 (UTC+04:00)

Çinin Şanxay əyalətində bir neçə yaşayış binası dağılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, binaların çökməsinə torpaq sürüşməsi baş verib.

Hazırda xilasedicilər hadisə yerindədağıntılar altında qalan insanların axtarışını həyata keçirir. İlkin məlumatlara görə, 2 nəfər ölüb, 17 nəfər haqqında heşç bir məlumat yoxdur.

Xilasetmə işləri davam edir, Çin səlahiyyətliləri xilasetmə tədbirlərinə 600-ə yaxın insanı cəlb ediblər.