Tütün məmulatları alan zaman uşaqlardan sənəd tələb olunacaq

16 Mart 2019 09:10 (UTC+04:00)

“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. SİA-nın xəbərinə görə, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə görə, tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə, satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edəcək.