Şamaxıda naməlum kişi meyiti tapılıb

16 Mart 2019 03:05 (UTC+04:00)

Şamaxı rayonunda naməlum kişi meyiti tapılıb. "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Şəhriyar küçəsi, mənzil 27 ünvanında qeydə alınıb.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub. Meyitin 1961-ci il təvəllüdlü rayon sakini Şirvad Sirvaniyə məxsus olduğu müəyyənləşib. Faktla bağlı araşdırma aparılır.