Daha bir idmançımız ümumdünya etno festivalında bürünc medal qazanıb

16 Mart 2019 01:19 (UTC+04:00)

Azərbaycanın daha bir idmançısı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ümumdünya etno festivalında bürünc medal qazanıb. Azərbaycan Sumo Federasiyasından bildiriblər ki, sumoçumuz Camal Feyziyev kəmər güləşi üzrə dünya çempionatında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. O, 37 idmançının qatıldığı yarışda Sinqapur, Türkmənistan və Özbəkistan təmsilçilərini məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda sabiq dünya çempionu moldovalı güləşçi ilə görüşdə bərabər xal toplasa da (3:3) hakimlərin ədalətsiz qərarı nəticəsində uduzub.

Azərbaycanlı idmançılardan Zaur Bağırov hələ çempionatda mübarizəyə başlamayıb. Yarışlara 90 ölkədən 3 mindən çox idmançı qatılıb. Çempionatda azərbaycanlı sumoçular mütləq çəki dərəcələrində mas-reslinq və ənənəvi güləş üzrə yarışlarda mübarizə aparırlar.