İtaliya da “Boeing 737 MAX”lardan imtina etdi

15 Mart 2019 20:03 (UTC+04:00)

“Efiopiya hava yolları”na məxsus “Boeing 737 Max 8” təyyarəsinin qəzaya uğramasının səbəbləri tam araşdırılanadək İtaliya hava məkanını bu tip təyyarələr üçün bağlamaq qərarına gəlib. bu barədə İtaliyanın Mülki Aviasiya Agentliyinin rəhbəri Nikola Zakçeo ANSA agentliyinə məlumat verib.

Qeyd edək ki, martın 10-da baş verən qəza nəticəsində həlak olan 157 nəfərdən səkkizi İtaliya vətəndaşı idi.