Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş nazirinə başsağlığı verib

15 Mart 2019 18:02 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Zelandiyanın Baş naziri xanım Casinda Ardernə Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib.