Azərbaycanda seçicilərin sayı açıqlanıb

15 Mart 2019 17:38 (UTC+04:00)

"Bu günə olan məlumata görə, hazırda Azərbaycanda 5 milyon 209 min 420 seçici var". SİA-nın verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, seçicilərin 50,83 %-ni qadınlar, 49,17 %-ni isə kişilər təşkil edir. MSK sədri qeyd edib ki, may ayının sonuna qədər seçici siyahılarının dəqiqləşdirmə prosesinin yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, seçicilərin siyahısının dəqiqləşdirmə prosesinə yanvar ayından start verilib.