DSK-nın nümayəndələri Litvada keçirilən təlimdə iştirak edirlər

15 Mart 2019 14:54 (UTC+04:00)

12-15 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndə heyəti “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində Litva Statistika Departamentində Biznes reyestrin keyfiyyəti məsələlərinə dair təşkil edilmiş təlimdə iştirak edirlər. SİA Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, təlim zamanı biznes reyestrin statistik müayinələrin təşkilində rolu, onun reyestrin məlumat bazasının mükəmməl strukturunun yaradılması və informasiyanın mütəmadi aktuallaşdırılması, biznes reyestr əsasında fəal statistik vahidlərin müəyyən edilməsi, “statistik vahid” anlayışından “müəssisələr” anlayışına keçid, əhalinin siyahıyaalınmasında reyestr məlumatlarından istifadə edilməsi, inzibati məlumat mənbələri ilə işin təşkili və.s məsələlərə dair Litva Statistika Departamentinin təcrübəsi öyrəniləcəkdir.