Akif Əli təqaüdə göndərilir

15 Mart 2019 13:31 (UTC+04:00)

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb. Bu barədə mətbuata Akif Əliyə yaxın mənbə bildirib.

Qeyd edilib ki, bu il martın 19-da Akif Əli təqaüd yaşına çatır. Onun vəzifədən azad edilməsi bununla əlaqədardır.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli vəzifədən azad olunması barədə xəbərə münasibət bildirib. O “report”a açıqlamasında Baş nazir Novruz Məmmədova təqaüdə göndərilməsi üçün müraciət etdiyini deyib: “Bir müddət əvvəl cənab Baş nazirdən təqaüdə göndərilməyim üçün xahiş etmişdim. O da müvafiq qərar verdi. Bundan sonra sırf yaradıcılıq fəaliyyəti ilə məşğul olacağam”.