Plenar iclas başladı Baş nazir hesabat verəcək

15 Mart 2019 12:01 (UTC+04:00)

Milli Məclisin yaz sessiyasının plenar iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iclasın gündəliyinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı daxildir.

Hesabatı baş nazir Novruz Məmmədov təqdim edəcək. Bu, N.Məmmədovun Baş nazir kimi ilk hesabatıdır.