Baş nazir məscidlərdə baş verənləri terror aktı adlandırıb

15 Mart 2019 09:39 (UTC+04:00)

Yeni Zelandiyanın Baş naziri Jasinda Ardern, Kraystçerç şəhərində baş verən hadisəni terror aktı adlandırıb. SİA-nın verdiyi məlumata görə, o bildirib ki, bu ölkənin tarixində "ən qaranlıq günlər"dən biri olaaraq tarixə düşür.

Qeyd edək ki, Kraystçerç şəhərində yerləşən iki məsciddə baş verən atışma zamanı 27 nəfər ölüb.