"Sarı jiletlilər"dən 18-ci səfərbərlik

15 Mart 2019 09:35 (UTC+04:00)

"Fransada "sarı jilet"lilər hərəkatının fəalları martın 16-da Parisdə və digər şəhərlərdə səfərbər olunmağı planlaşdırır. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

"Biz ciddiyik. 18-ci səfərbərlik gələcək və Makron diqqətli ol. Çünki, bu, səfərbərliyin dirçəlişi olacaq",- deyə hərəkatın fəallarından biri olan Erik Drue hər kəsi Parisdə toplaşmağa çğırış edib.

Hərəkat martın 16-da fəaliyyətini Bordo, Lyon, Montpellier və Dijon da daxil olmaqla, bir sıra regionlarda davam etməyi planlaşdırır.

Qeyd edək ki, "Sarı jilet"lilər hərəkətinin aktivistləri yaxın həftələrdə neft emalı zavodlarına, limanlara və digər iqtisadi infrastrukturlara yönələn "tam milli bloklama" təşkil etməyi planlaşdırırlar.