Camal Qaşıqçının qətlində şübhəli sayılan şəxslər axtarışa verilib

15 Mart 2019 02:03 (UTC+04:00)

İnterpol Səudiyyə Ərəbistanının 20 təbəəsinin həbsinə dair order verib. “Report” “Daily Sabah”a istinadən xəbər verir ki, onlar bu ölkənin İstanbuldakı Baş Konsulluğunda ötən ilin oktyabr ayında jurnalist Camal Qaşıqçının qətlində günahlandırılır.

Həmin “qırmızı bildiriş”lər qətl planını həyata keçirmək üçün Səudiyyə Ərəbistanından İstanbula gəldiyi bildirilən xüsusi qrupun üzvləri ilə bağlı verilib.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “Washington Post” qəzetinin müxbiri Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib, orada öldürülüb.