Kanada səfiri: "VII Qlobal Bakı Forumunda iştirak etməyimə çox şadam"

14 Mart 2019 22:14 (UTC+04:00)

VII Qlobal Bakı Forumunun iştirakçısı, Kanada Baş nazirinin Avropa İttifaqında və Avropada xüsusi nümayəndəsi, Kanadanın Almaniyadakı səfiri Stefan Dion bu irimiqyaslı tədbir barədə təəssüratlarını bölüşüb.

Səfir AZƏRTAC-a müsahibəsində deyib: “Fikrimcə, bu, çox maraqlı konfransdır və mən burada iştirak etməyimə çox şadam. Hesab edirəm ki, müzakirələr çox əhəmiyyətli və açıqdır. Çox xoşdur ki, konfrans təkcə protokola uyğun keçmir, burada, həmçinin məsələlərin əsl mahiyyəti müzakirə olunur. Biz konfransda dünyanın başlıca məsələlərini, onun ədalətli inkişafını, təhlükəsizliyini, sabitliyini müzakirə edirik”.