"Musiqi və xoreoqrafiya məktəblərinin əməkdaşlarının maaşları 30 faiz artırılacaq"

14 Mart 2019 23:03 (UTC+04:00)

"Azərbaycanda musiqi və xoreoqrafiya məktəblərində çalışan əməkdaşların maaşları 30 faiz artırılacaq". “Report” xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib.

Onun sözlərinə görə, bu gün Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi və xoreoqrafiya məktəblərində 17 min nəfər çalışır: "Biz hazırda musiqi məktəblərində real dərslərin keçirilməsini təmin etməliyik. Bu ilin sonunadək maaş artırılması üçün Mədəniyyət Nazirliyinə 18 milyon vəsait ayrılacaq".