Ağdamda evdən 4000 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

14 Mart 2019 19:04 (UTC+04:00)

Ağdam rayonunda evdən 4000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə "Report"un Qarabağ Mərkəzinə DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Belə ki, Ağdam rayon Polis şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Fəzail Mehdiyev ona məxsus evdən qızıl əşyalarının oğurlandığını bildirib. Məlumatla əlaqədar polis əməkdaşları hadisə yerinə baxış keçirib, müvafiq tədbirlər görülüb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aleksandr Sebastyanov saxlanılıb. Onun, ümumilikdə, 4000 manat dəyərində qızıl-zinət əşyalarını oğurladığı müəyyən edilib və qızıl əşyaları maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.