Mourinyo Zidanın təyinatına münasibət bildirib

15 Mart 2019 00:44 (UTC+04:00)

“Mançester Yunayted"in sabiq çalışdırıcısı Joze Mourinyo Zinəddin Zidanın "Real"ın baş məşqçi vəzifəsinə təyin olunmasına münasibət bildirib. O bildirib ki, heç vaxt "Real"a qayıtmağı arzulamayıb: "Real" yeni baş məşqçisi olmadığım üçün məyus deyiləm. Mən heç vaxt "Real"a qayıtmağı arzulamamışam. Zidanın "Real"ın baş məşqçisi təyin olunması qərarının yaxşı olduğunu düşünürəm. O, son illər klub üçün çox gözəl işlər görüb. Zidana uğurlar arzulayıram".

Qeyd edək ki, "Real"ın baş məşqçisi vəzifəsinə namizədlər sırasında klubun sabiq çalışdırcısı J.Mouriyonun da olduğu iddia olunurdu.