Fövqəladə hallar nazirinin vətəndaşların qəbulunun vaxtı dəyişdirilib

14 Mart 2019 17:57 (UTC+04:00)

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən martın 16-da Qubada keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi dəyişib.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, qəbul barədə əlavə məlumat veriləcək.