Usman Dembele zədələnib

14 Mart 2019 19:16 (UTC+04:00)

"Barselona"nın futbolçusu Usman Dembele zədələnib. İspaniya mətbuatının yazdığına görə, o, Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən "Lion"la cavab oyununda (5:1) zədə alıb. Matçdan sonra fransalı hücumçu sol ayağında narahalıq olması ilə bağlı həkimlərə bildirib. 21 yaşlı oyunçunun bu gün tibbi müayinədən keçəcəyi bildirilib.

Qeyd edək ki, Dembele "Lion"la görüşdə 70-ci dəqiqədə meydana daxil olub və 86-cı dəqüiqədə komandasınln sonuncu qolunun müəllifi olub.