Azərbaycanla Bolqarıstan birgə zirehli jiletlər istehsal edə bilər

14 Mart 2019 17:07 (UTC+04:00)

Azərbaycanla Bolqarıstan birgə zirehli jiletlər istehsal edə bilər. SİA-nın məlumatına görə, bunu Bolqarıstanın baş naziri Boyko Borisov jurnalistlərə açıqlamasında deyib.

Baş nazir bildirib ki, hazırda zirehli jiletlərin istehsalı ilə bağlı birgə müəssisənin yaradılması istiqamətində Azərbaycanla Bolqarıstan şirkətləri arasında danışıqlar aparılır.