"Bakı Qlobal Forumu ölkələr arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir"

14 Mart 2019 16:49 (UTC+04:00)

Azərbaycanla Bolqarıstan arasında səmərəli əməkdaşlıq mövcuddur. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bolqarıstanın baş naziri Boyko Borisa deyib.

B.Borisa qeyd edib ki, Azərbaycanla Bolqarıstan bir çox sahələrdə o cümlədən turizm, mədəniyyət və digər sahələrdə səmərəli əməkdaşlıq edir: "Düşünürəm ki, bu əməkdaşlıq daha da inkişaf etdiriləcək. Bakı Qlobal Forumu ölkələr arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir"